"Bəzi xanəndələr var ki, onlar heç mahnı ifa edə bilmirlər. Hətta təsniflərdə belə əziyyət çəkirlər".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib.
"İncə səhər" verilişində qonaq olan sənətçi muğamları yaxşı edən xanəndələrin mahnı oxuya bilmədikərini iddia edib:
"Bəzi xanəndələr var ki, onlar heç mahnı ifa edə bilmirlər. Hətta təsniflərdə belə əziyyət çəkirlər. Amma baxırsan ki, muğamı qəşəng ifa edir. Elə əsərlər var ki, orada sırf vokal imkanları vacibdir. Elə mahnılar var ki, orada boğaz eləmək, qırtlağı oynatmaq olmaz. Ona görə də muğamdan vokala gəlmək çox çətindir. Az da olsa, bunu bacaranlar var".
Aysel










































