Xanım deputatın oğlu İstanbulda qəzaya düşdü

SOSİAL
11:45 13.05.2019
5371

Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

OXŞAR XƏBƏRLƏR

X Mostbet