Bu səhər ölüm xəbəri yayılan, sonradan isə ölüm ayağında olduğu bildirilən əməkdar artist Xanım Qafarovanın son görüntüləri yayılıb.
AZXEBER.COM-un məlumatına görə, “ATV”telekanalında yayımlanan “Öz aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyev aktrisanı evində lentə alıb.
X.Qafarovanın son vəziyyətini bilən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva onu yenidən müalicəsini öz üzərinə götürərək ,İsrailə göndərilməsi haqda tapşırıqlar verib.
Lakin bu gün səhər əməkdar artist haqda yayılan xoş olmayan bu informasiyaya ailəsi reaksiya verərək bildirib ki, sənətçinin vəziyyəti kritikdir və onun yaşaması üçün ümid yox səviyyəsindədir.
Xanım Qafarovanın bacısı Rübabə bildirdi ki, artıq hər şey bitib, aktrisa həyatla vidalaşır:
“Onu həyata qaytarmaq mümkün olmadı. Həkimlər son qərarını verdi. İsrailə getmək də qismət olmadı. Başına yığışmışıq, son dəqiqələrini yaşayır”.
Aktrisanın bir neçə gün əvvəl lentə alınan görüntülərini təqdim edirik.