Azərbaycanın əməkdar artisti Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb.Aktyorun ailəsindən AzNews.az-a verilən məlumata görə, X. Qafarova iki gün bundan əvvəl Respublika Onkoloji Mərkəzinə yerləşdirilib: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahdan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”.Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”.