Artıq bir neçə gündür vəziyyəti pisləşib, qanı çox aşağıdır neçə gündür ki, həkimlər dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanını yeyir. Bu üzdən də vurulan qanın bir xeyri yoxdur. Qan çətin tapıldığına görə, halı lap pisləşib.
Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib.