Xanım xanəndənin yeni görüntüləri yayımlandı - FOTOLAR
MAQAZİN
11:12 31.08.2012
2929
Bir sıra musabiqələrin iştirakçısı olan xanəndə İlahə İbadova maraqlı fotosessiya və sənət yenilikləri ilə gündəmə gələcək. Sentyabrın sonlarına təqdimat planlaşdıran sənətçi həm diqqət çəkən fotosessiyasını təqdim edəcək, həm də yeniliklərini bölüşəcək.İlaha yeni fotosessiyası ilə çox danışılacağını dedi: "Sirafişli çəkilişləri sevmirəm, özüm fotoqrafdan fərqli seçim etməyini istədim və buna nail olduq. Bəlkə də, bəzi insanlar düşünər ki, xanəndəliklə fotolara verilən obrazlar uyğunsuzdur. Mən yenilik etmək istədim. Bu fərqliliyi sözlə bitirmək istəmirəm. Publika yaxın zamanlarda foto görüntülərimi izləyəcək və qiymətini verəcək. Düşünürəm ki, bu, nəinki xalq musiqisi, hə də müasir ifaçılar üçün də yenilik olacaq. Ümumiyyətlə, sənətimdə, imcimdə hər şeyin yenisinə, yaxşısına çalışıram".Yenilikləri bundan ibarətdir ki, o, uzun fasilədən sonra disk çıxaracaq. Bu diskə daxil olan mahnıların musiqisi Türkiyədə lentə yazılır. İlahə bildirib ki, bəstəkar İsmayıl Əsədovun təşəbbüsü ilə mahnılarını türk musiqi alətlərinin müşayiəti ilə yazdırır. O, təcrubəli studiyaların biri ilə əməkdaşlıq edir. Eyni zamanda onun rəsmi saytı yaxın günlərdə istifadəyə veriləcək.