ARB telekanalının "Səhər-səhər" verilişində məşhurların övladlarından bəhs edilib.
AZXEBER.COM-un məlumatına görə, müğənni Xatun Əliyeva və Əməkdar artist Ədalət Şükürov ailəsinin görüntüsünü sosial şəbəkədə yayanları qınayıb.
"Mənim qızım olsaydı, heç vaxt efirə qoymazdım. Müəyyən yaşdan sonra övladını göstərmək olmaz. Hətta xanımının şəklini İnstaqrama qoyanları qınayıram. Həyat yoldaşının fotosunu qoyur, sevmirəm. Ailədir, kimsə pis söz yazar, olmaz. Kimsə bizə əsəbləşib, balamıza xəta yetirər" deyə, xatun söyləyib.
Ə.Şükürov isə "Bir-iki müğənni var, deyir nə olsun, uşağın fotosun qoyanda nə olar ki... Heç kim istəməz, onun həyat yoldaşı haqda mənfi şərh yazılsın. Qoymayın. Yaxınlarım övladlarımın kimliyin tanıyır. Lazım deyil hamı tanısın. Ona görə də qoymayın uşaqlarınızın fotosunu" sözlərini söyləyib.