Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib — FOTOLAR

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib — FOTOLAR
SOSİAL
13:52 20.09.2026
42
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Ağdərə rayonlarına köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən  AZXEBER.COM-a verilən məlumata görə, həmin sakinlərdən artıq 3867 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 3723 şəxsin məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.







OXŞAR XƏBƏRLƏR