Xankəndidə abituriyent şəhid övladları üçün intellektual düşərgə keçirilib - FOTOLAR

Xankəndidə abituriyent şəhid övladları üçün intellektual düşərgə keçirilib - FOTOLAR
SOSİAL
17:14 10.06.2025
798
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, 4–6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən "Zəfər Sədası” adlı intellektual yay düşərgəsi "Konstitusiya və Suverenlik İlinə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyera yönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü – 4 iyunda iştirakçılar Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib.

5 iyunda iştirakçılar Qarabağ Universitetini ziyarət edərək rektor Şahin Bayramovla görüşüblər. Rektor şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

"Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün "Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın sonunda qaliblərə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, Şirkətlər Qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir.

Bundan əlavə, 6 iyun tarixində iştirakçılar üçün Veysəloğlu Şirkətlər Qrupunun "Araz” və "OBA” biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Bu turlar zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının sonunda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçılarına xoş anlar yaşadıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
13:02 30.10.2026
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
12:53 30.10.2026
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?