Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR

Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
SOSİAL
15:03 02.10.2026
96
Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Kommunikasiya üzrə İşçi Qrupunun növbəti iclası Xankəndi şəhərində keçirilib.

AZXEBER.COM xəbər verir ki, İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğunun təmin edilməsi, dayanıqlı məskunlaşma prosesinin təşviqi və digər istiqamətlər üzrə ictimaiyyətin davamlı məlumatlandırılması, eləcə də müvafiq təbliğat və təşviqat işləri həyata keçirilir. Bu istiqamətdə kommunikasiya fəaliyyətinin daha sistemli və intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, maarifləndirmə fəaliyyəti çərçivəsində seminarlar, dəyirmi masalar, konfranslar və görüşlər təşkil olunub, müxtəlif məlumat və təbliğat materialları hazırlanaraq yayılıb. Ümumilikdə bu istiqamətdə 1600-dən çox tədbir keçirilib.

2020-ci ildən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə 400-dən çox media-tur, gənclər, ictimai fəallar və blogerlər üçün 100-dən çox info-tur təşkil edilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ərazilərə 22 səfəri həyata keçirilib.

Eyni zamanda, 1600-dən çox press-reliz hazırlanaraq media vasitəsilə ictimaiyyətə çatdırılıb, sosial media platformalarında müxtəlif mövzular üzrə 27 minə yaxın paylaşım edilib və həmin paylaşımlar milyonlarla sosial media istifadəçisini əhatə edib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və məskunlaşma prosesini əks etdirən çoxsaylı videomateriallar hazırlanaraq yayımlanıb.

İclas zamanı İşçi Qrupun üzvlərinin təqdimatları dinlənilib, kommunikasiya fəaliyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, yeni təşəbbüslər və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR