Xankəndidə separatçıların “SİMVOL”U olan tikili belə söküldü - VİDEO

Xankəndidə separatçıların “SİMVOL”U olan tikili belə söküldü - VİDEO
SOSİAL
11:12 02.09.2025
711
Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin "Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.

Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.

Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan Bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər. Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.

Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu, həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.
 
AZƏRTAC 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub