Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab

Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
SOSİAL
12:47 27.08.2026
233
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xankəndi sakinlərinin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.

AZXEBER.COM Xidmətin açıqlamasını təqdim edir:

"Artıq bir neçə ildir ki, işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış davam edir, ərazilərdə abadlıq, bərpa, quruculuq işləri gedir. Görülən genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa olunur, doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimiz də öz dədə-baba yurdlarna qayıdırlar. Bu proses mərhələli şəkildə davam edir və sakinlər təmir-bərpa olunan yeni mənzillərlə təmin olunurlar.

Amma təəssüf ki, bəzən bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirib, yaşadıqları mənzilin təmirindən narazılıq edirlər. Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarını, əlavə tikililər, toyuq hini, mal-qara saxlanması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti olaraq bildiririk ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, habelə əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, dövlət  büdcədində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil. Dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müəyyən edilmiş dövlət proqramları və təsdiq olunmuş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə, qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Yaşayış sahəsində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlar barədə əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır. Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər.

Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır. 1 ildən çox yaşadıqdan sonra "ev yararsızdır” kimi ümumi iddialar konkret fakt və texniki baxışla əsaslandırılmalıdır.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
14:14 27.08.2026
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
14:06 27.08.2026
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
42 yaşlı qadın müəmmalı şəkildə öldü
14:01 27.08.2026
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
13:53 27.08.2026
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
13:46 27.08.2026
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
13:38 27.08.2026
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi -  "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
12:47 27.08.2026
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab