“Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik”

“Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik”
SOSİAL
16:37 07.05.2025
691
Yeni qurulan fabrik olduğu üçün işlərimiz yavaş-yavaş qaydasına düşür. Zamanla hər şeyin daha yaxşı olacağına ümid edirik”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iş adamı, "BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov deyib.

O bildirib ki, rəhbərlik etdiyi müəssisə tam fəaliyyətə başlayandan sonra burada 800-1000 nəfər işlə təmin olunacaq:

"İlkin mərhələ olduğu üçün hazırda burada 230 nəfər insan çalışır. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İndi orada işləyənlər əsasən sahədən gələn xanımlardır. 2-3 ay təlimdən sonra onlar bu işə başlayıblar. Professional dərzilər olmadığı üçün işimiz bir az ləngiyir. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə insanlarımızı işlə təmin etməkdir”.

Ə.Müslümov qeyd edib ki, bütün bu səbəblərə görə bir neçə çeşid məshula keçid edə bilmirik:

"Hazırkı gücümüz odur ki, 1 ayda 300 min qısaqol köynək tikə bilərik.  İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Bu fabrik Bakıda olsaydı, ən azı 6 ay sonra ixrac edə bilərdik. Azərbaycan xanımları işlərinin peşəkarıdır. Bunu təkcə mən demirəm, Özbəkistandan olan nümayəndələr də deyir. Hamıda işləməyə həvəs var”.

Əfqan Müslümov həm də "PAY GROUP” şirkətinin təsisçisi olduğunu vurğulayıb:

"Əsas fəaliyyət istiqamətimiz Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərərək, bu sahəni müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəkləri, döşəmə örtükləri ilə təmin etməkdir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdı və fəaliyyətini bu istiqamətdə davam etdirməkdədir. "Fortex” sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmışdır. Ekskluziv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə etmişik.

Əsas dəyərlərimiz ətraf mühitin davamlı inkişafı, etibarlılıq, keyfiyyət, müştəri məmnuniyyəti, dürüstlük və peşəkarlıqdır. Hazırda "Fortex” sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu dünya standartlarına cavab verən Rusiya, Belarusiya, Çin və İtaliya istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq”.

Əfqan Müslümov vurğulayıb ki, onun rəhbərlik etdiyi  "PAY GROUP” şirkəti də hazırda çox böyük və tanınmış layihələrdə iştirak edir:

"Buna "Sea Breeze”də olan – Cube Hotel, White Villas 1, White Villas 2,  Palazza Del Sol, Palazza Dela Luna, Lighthouse, Lighthouse 2, Lighthouse 3, Park Residence, Polo Residence, Grand Hotel, Reabilitasiya Mərkəzi, Del Ventos, White Hotel, Landau School, Palazzo Del Verdi & Del Rosa layihələri daxildir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ötən il avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur.

Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib.

Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO