Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalının 21-ci ildönümü qeyd olunub.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Xankəndindən olan ziyalılar, ictimaiyyət nümayəndələri, millət vəkilləri bu münasibətlə Şəhidlər xiyabanını ziyarət ediblər.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib ki, Xankəndinin işğalı erməni silahlı birləşmələrinin xəyanətkar addımlarından biridir: “Xankəndi şəhəri Azərbaycanın ayrılmaz hisslərindən biridir. Biz Xankəndinin yenidən Azərbaycanın ərazisi olacağına inanırıq və dövlətimizin bu yöndəki fəaliyyətini dəstəkləyirik”.
apa