Xaricdə təhsilin müsbət və mənfi cəhətləri (KÖŞƏ)

Xaricdə təhsilin müsbət və mənfi cəhətləri (KÖŞƏ)
KÖŞƏ
11:14 15.04.2011
4219

Məhz Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamından sonra Azərbaycan gəncləri dövlət hesabına xaricdə təhsil almaq imkanı əldə etdilər. Bu proqram vasitəsilə gənclərimiz dünyanın ən tanınmış universitetlərində, o cümlədən Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, İspaniyanın, İsveçrənin, Rusiyanın Amerikanın və s. kimi ölkələrin universitetlərində təhsil alırlar. Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına kömək edir. 12 İyul 2010-cu ildə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində 2010-2011-ci illərdə xüsusi istedada malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsaslarla təhsil almaq hüququ qazandı.

Xaricdə təhsil alan gənclər dünya və Avropa elminin ən müasir nailiyyətləri və təcrübəsi ilə yaxından tanış olur və mənimsəyirlər. Bu gənclərin gələcək karyerasında mühüm rol oynayan amildir. Təhsillərini başa vuraraq Azərbaycana qayıdan gənclərin əldə etdikləri biliyi və təcrübəni ölkəmizin inkişaf üçün tətbiq etmək imkanları vardır.

Xaricdə oxuyan Azərbaycan gəncləri ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdikləri terror hadisələrini dünya dövlətlərinə çatdırılmasında  yaxından iştirak edirlər. Belə ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, Xocalı hadisəsi və 31 Mart ermənilərin soyqrımlarını haqqında oxuduqları dövlətlərdə ictimaiyyətə təbliğ edirlər və bu gün bir çox dövlətlərin ictimaiyyəti bunlar haqqında məlumatlıdılar.

Bütün bu müsbət cəhətlərlə yanaşı, xaricdə təhsilin il baxışda görünməyən mənfi cəhətləri də vardır. Mənfi cəhətlərdən birincisi və əsası xaricdə təhsil alan gənclərimiz həmin cəmiyyətin təsiri altına tez bir zamanda düşə bilməsi ehtimalının olmasıdır. Xaricdə təhsil almağa getmiş gənclərin bir qrup insanın təsirə altına düşməsi və öz milli adət-ənənələrini unutması mümkün hallardan hesab olunur. Gənclərimiz Avropalaşma və ya Qərbə inteqrasiya adı altında öz adət-ənənələrini və bəzi hallarda öz dini inanclarını unudurlar. Belə təsirə həm  oğlanlar, həm də qızlar məruz qala bilərlər. Lakin, qızlar arasında belə halların baş verməsi daha çox realdır. Xaricdə təhsil almağa gedən bəzi Azərbaycanlı qızlar xarici mühitin təsirinə daha tez və asanlıqla düşə bilirlər. Belə halları sosial şəbəkələrdə görmək mümkündür.

Digər mənfi cəhətlərdən biri də xaricdə oxuyan gənclərimiz Azərbaycanın daxilində ictimai asayişi pozmaq məqsədilə sosial şəbəkədə təbliğat aparmasıdır. Son günlərdə müxalifətin həyata keçirdiyi qanunsuz aksiyaların təşkilatçıları məhz xaricdə oxuyan gənclərimizdir.

Xaricdə təhsilin bir digəri mənfi cəhəti isə gənclərimiz xaricdə təhsil aldıqdan sonra geri Azərbaycana gəlməkdən imtina etməsidir. Bu da dövlətin onların təhsilinə yatırdığı kapitalın əbəs yerə sərf olunmasına gətirib çıxarır. Azərbaycanın mütəxəssislərə ehtiyacı olduğu bir zamanda gənclərimiz xaricdəki həyat səviyyəsinin yüksək olmasından dolayı geri dönmək istəmirlər.

Yazdıqlarım xaricdə oxuyan bütün gənclərimizə aid deyil. Səhv başa düşülməməyim üçün bunu qeyd etdim.

Onu unutmaq lazım deyil ki, xaricə getmədən də Azərbaycanda yüksək səviyyədə təhsil verən universitetlərimiz mövcuddur. Belə ki, bunlardan Qafqaz Universitetini, Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Tibb Universitetini və s daxildir.

Elmin İsayev

OXŞAR XƏBƏRLƏR