Xaricdə təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının təsis konfransı keçirildi - FOTO

GƏNCLİK
11:58 18.08.2020
331

Xaricdə təhsil alıb, ölkəyə qayıdan və müxtəlif sahələrdə çalışan bir qrup gənc avqustun 15-də "Azərbaycanlı Tələbə və Məzunlar Platforması”nın (ASAP - Azerbaijani Students and Alumni Platform) təsis konfransını keçiriblər.

ASAP hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirməyi hədəfləyir. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayacaq.

 ASAP tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsini, gənc kadrların karyera inkişafının dəstəklənməsini, təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsini, həmçinin, Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını da qarşısına məqsəd qoyub.

 

Həmin məqsədlərə müxtəlif özəl və dövlət qurumları ilə əməkdaşlıq vasitəsilə nail olunması planlaşdırılır.

Təsis konfransına qatılan Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatları ASAP-ın fəaliyyətinə dəstəklərini ifadə ediblər.

ASAP hazırda təhsilini xaricdə davam etdirən tələbələri platformaya qoşulmağa dəvət edir.

Platformanın "Facebook” (https://www.facebook.com/asaplatform2020/) və "Instagram” (https://www.instagram.com/asaplatform/?hl=en) səhifələrində bütün yeniliklərlə tanış olmaq mümkündür. 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:10 31.10.2020

ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

02:00 31.10.2020

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb

00:09 31.10.2020

Tarix muzeyində öz vaxtını gözləyən Şuşa qalasının açarı - FOTO

00:03 31.10.2020

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”

00:02 31.10.2020

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...

23:42 30.10.2020

Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"

23:28 30.10.2020

"Bir azərbaycanlı xanım olaraq Sənin üçün əlimdən gələni etməyə hazıram" - VİDEO

23:11 30.10.2020

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar