03:49 Bazar Ertəsi, 27 May 2019
GƏNCLİK

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin İtaliyada forumu olacaq

13:05, 13.05.20193814
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin İtaliyada forumu olacaq
May ayının 18-də Roma şəhərində, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliya, eyni zamanda Avropada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə forum həyata keçiriləcək.

Bu barədə məlumatı AZXEBER.COM-a AİGA-nın həmsədri Emin Rüstəmov verib. 

Azərbaycanın İtaliyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nümayəndələrinin qatılacağı tədbirin əsas məqsədi, xaricdə təhsil alan azərbaycanlı gənclərin təhsillərini bitirdikdən sonra Azərbaycanda dövlət qurumlarında təmsil olunmaları və mövcud iş imkanları haqqında məlumat verməkdən ibarətdir. 

İtaliyada, eyni zamanda digər Avropa ölkələrində təhsil alan tələbələri bir araya gətirəcək forum bir gün davam edəcək. Tələbələrlə yanaşı, forumda Azərbaycandan bir çox dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
XƏBƏR LENTİ