Xaricdə təhsil almaq istəyənlərə ödənişsiz məsləhətlər - FOTOLAR

GƏNCLİK
10:58 17.08.2013
2994

Xaricdə təhsil şirkəti IGEC maarifləndirməyə davam edir.

IGEC Xaricdə təhsil şirkəti və BMT-nin Bakı ofisininın əməkdaşları son zamanlar cəmiyyətdə gender problemlərinin artmasının qarşısının alınması məqsədi ilə xaricdə təhsil almaq istəyən tələbələrə seminar təşkil edib.

AZXEBER.COM-un məlumatına görə, seminarda tələbələr, BMT-nin nümayəndələri, müəllimlər iştirak edib. Tədbirdə “Cinsi ayrı seçkiliyin qarşısını almaq üçün nə etməli?” , “Məişət zorakılığı ilə üzləşildiyi zaman nə etməli?” kimi mövzulara toxunulub.

Qeyd edək ki, bu IGEC şirkətinin təşkil etdiyi birinci belə tədbir deyil. Bundan əvvəl sözügedən şirkət dəfələrlə bölgələrimizdə Xaricdə təhsil almaq istəyən tələbələrlə görüşmüş, təmənnasız məsləhətlər vermişdir. Hal-hazırda hər həftəsonu İGEC şirkəti ingilis dilində danışmaq istəyən tələbələrə pulsuz dərs verir.

Daha ətraflı: https://www.facebook.com/igec.baku

OXŞAR XƏBƏRLƏR