Xaricdə təhsil almaq istəyən şəxslərin elektron ərizələrinin qeydiyyat müddəti 1 gün uzadılıb.
Təhsil Nazirliyindən bildiriblər ki, belə bir qərar “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətlərindən sonra qəbul edilib.Belə ki, Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul edib.Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (https://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.