Xaricdə təhsil üçün 274 nəfər sənəd verib

Xaricdə təhsil üçün 274 nəfər sənəd verib
Bütün Xəbərlər
16:21 10.07.2013
1165

Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün elan etdiyi sənəd qəbulu avqustun 15-dək davam edəcək.

AZXEBER.COM-un Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, indiyədək Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş  bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

İyulun 10-dək 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.

Qeyd edək ki, Təhsil Nazirliyi mayın 22-dən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir.

OXŞAR XƏBƏRLƏR