Xaricdə təhsilin gizli məqamları - KÖŞƏ

Xaricdə təhsilin gizli məqamları - KÖŞƏ
KÖŞƏ
12:01 06.08.2012
3457
Günel AbdullayevaDövrümüzdə  xaricdə təhsil almaq daha aktualdır və gəncliyimiz üçün bu istiqamətdə hərtərəfli imkanlar da yaradılmaqdadır. Ölkədə təshilin səviyyəsi – bu başqa mövzunun predmetidir lakin 10 il öncə ilə müqayisədə hazırda cəmiyyətdə yüksək təhsilə olan həssaslıq sevindirici haldır.Mən xüsusi ilə gənclərin və valideynlərin xaricdə təshilə olan marağını vurğulamaq istərdim. Aydındır ki dövlət tərəfindən xaricdə təshilə olan dəstək, bu istiqamətdə xidmət göstərən özəl qurumların fəaliyyəti, gənclərin bu sahədə təcrübə və məlumatlılğı və s. ölkə hüdudlarından kənarda  təhsil üçün geniş  imkanlar açır. Bir də məslənin o biri tərəfi var ki, yerli təhsilin səviyyəsi, təhsildə savadsızlıq, rüşvətxorluq  və digər hallar da təhsili xaricdə davam etdirməyin  vacibliyini günü-gündən artırır. Razılaşarsınız ki, yüksək təhsil almaq bəyənilən haldır lakin  bir məqam da var. Doğrusu mən bunu bir neçə valideynin və tələbənin özündən eşitməsəydim heç xaricdə təhsil almaq istəyən bir çoxlarının məqsədlərində belə bir məqamın olduğunu bilməyəcəkdim də. Amma nə təəsüff  ki bu məqam var  və mən bir az tərəddüdlü  bir az da bu məqama istinad edərəkdən belə bir fikri səsləndirməli olacam:“Bəlkə biz gələcək üçün təhsilli gənc nəsil yetişdirə biləcəyik amma bu nəslin vətənpərvər olub-olmayacağı məni düşündürür”Ola bilər  bu cümləni oxuyanlar məni qınasınlar amma inanın siz də tələbə və ya yaxınlarının özündən bir az açıq, bir az üstüörtülü formada burdakı imtahandan keçə bilmədiyini, əsgərliyinin də yaxınlaşdığını, elə buna görə hara olursa-olsun xaricdə  təhsil almaq istəyini eşitsəniz, onda siz də içinizdə bir az nifrət bir az da təəsüff hissini keçirərək mənim fikirləşdiyimi fikirləşərdiniz... Əlbəttə bunu hər kəsə aid  etmirəm amma inanın ki bu halla dəfələrlə rastlaşmışam. Və ona da inan ki, onlara xaricdə təhsilin  hərbi xidmətdən yayınmaq məqsədli olmadığını sadəcə belə olduğu halda təbii olaraq dövlətin bu xüsusda vətəndaşa tanımış olduğu hərbi xidmətdən möhlət hüququna sahib olduqlarını aydınlaşdırmışam da lakin görünür məsələ tamam başqadır... Bu yazını yazmaqla az da olsa vətəndaşlıq borcumu yerinə yetirmək istədim. Ən azından bu yazının vasitəsi ilə sosial bir mesaj vermək istərdim ki: təhsil almaq, sonra təhsilini xaricdə davam etdirmək əlbəttə yaxşı bir haldır. Nəticədə sən təhsilli olmaqla cəmiyyətin üçün faydalı vətəndaş olursan. Amma unutmayaq ki vətəndaşlıq təkcə təhsil və mədəni səviyyə ilə ölçülmür. Vətəndaşlıq həm də doğru düşünməkdir, cəmiyyətin düşüncə təhlükəsizliyi, gələcək nəslin sağlam təfəkkürlü olması üçün ən başda özünün sağlam düşünməyin, ətrafındakılara doğruları çatdırmağın, üzərinə düşən məsuliyyət və vəzifələri yerinə yetirməyindir. Elə bunun içərisinə vətənə olan borcun da daxildir.Bir az düşünək bu haqqda... Düşünək ki, niyə xaricdə təhsil almaq istəyənlərimizin içində hərbi xidmətdən yayınmaq istəyənlər, ölkəyə sonradan qayıtmaq istəməyənlər və digərləri var?! Düşünək ki səhvi harda eləmişik? Düşünək ki, kiməsə vətəndaşlığı, insanlığı aşılayanda harda məsələyə ancaq şəxsi gözləntilərimizdən yanaşmışıq?!  Bugün cəmiyyətdə hər hansı bir yanlış fikir varsa bu  bütün vətəndaşların düşünən beyinlərinin məhsuludur və hər kəs günahkardır. Demək ki maarifləndirmə və təbliğat yetəri qədər düzgün aparılmayıb. Demək ki, biz elə belə də davam etsək bu təhsillin məqsədində daha başqa “məqamlar” da tapacayıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub