"Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO

"Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər"  - VİDEO
SOSİAL
21:41 08.07.2026
542
Xaricdəki hərbi münaqişələrə qoşulmaq Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.

Nazir eyni zamanda başqa ölkələrdəki münaqişələrə qoşulan azərbaycanlılardan danışıb və onlara xəbərdarlıq edib.

Nazir təhlükəli bölgələrə səfər etməməklə bağlı da vətəndaşlara çağırış edib. Bildirib ki, təhlükə olan coğrafiyalarla bağlı ilkin olaraq xəbərdarlıqlar verilir.

Həmçinin mətbuat konfransında bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi münasibətləri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində son illərdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb ki, bu da İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər. İki ölkə arasında qarşılıqlı vizanın ləğvinin turizm və biznes sektoru üçün çox ciddi fayda verəcəyi də vurğulanıb.

İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi isə İordaniya Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini dəstəklədiyini, ölkəsinin Qarabağ və Şərqi Zəngəzurda potensial investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR