Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib

GƏNCLİK
21:31 11.08.2020
543
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşəbbüsü ilə 11 avqust tarixində xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans baş tutub.

Konfransda son aylarda xaricdəki soydaşlarımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiya və yürüşlər müzakirə olunaraq, ölkə xaricində yaşayan gənclərimizin bu yöndə görə biləcəkləri işlər müzakirə olunub.

Tədbirdə çıxış edən Gənclər Fondunun nümayəndələri gənclərimizin xaricdə təhsil alması, şəxsi inkişafı və müxtəlif layihələrin icrası üçün daim fond tərəfindən dəstəkləndiklərini, xaricdə təhsil proqramı və müxtəlif qrant müsabiqələri vasitəsilə onlara maliyyə dəstəyinin göstərildiyini bildiriblər. Onlayn konfransa qoşulan xaricdə təhsil alan gənclərimiz çıxışlarında ölkə xaricindəki soydaşlarımızın hansı formada təşkilatlana biləcəklərini və bunun üçün hansı addımlar atılmalı olduğunu müzakirə ediblər.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi xaricdə təhsil alaraq ölkəmizə qayıdan, müxtəlif sahələrdə öz təcrübə və biliklərini tətbiq edən gənclərimizə ölkə başçımız tərəfindən böyük diqqət və dəstəyin göstərildiyini xüsusilə vurğulayıb. Qeyd edək ki, Gənclər Fondunun rəsmi səhifəsindən canlı yayımlanan konfransa yüzlərlə gənc qoşulub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:08 24.09.2020

Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

15:59 24.09.2020

Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi - FOTOLAR

15:53 24.09.2020

Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında - FOTO

15:47 24.09.2020

Naftalanda imtiyazlı ailələrin sosial problemlərinin həlli istiqamətində tədbirlər görülür - FOTOLAR

15:37 24.09.2020

Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ

15:34 24.09.2020

Nərgiz Cəlilovaya yeni vəzifə verildi

15:30 24.09.2020

Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxdu

15:24 24.09.2020

Evdə qızını zəncirlə bağlayan atadan YENİ XƏBƏR

15:10 24.09.2020

Sevda Yahyayeva: Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir - Video

14:55 24.09.2020

Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO

14:41 24.09.2020

Azərbaycanın döyüş təyyarələri gecə uçuşları keçirdi - VİDEO

14:26 24.09.2020

Nazirlik fitnes zallarının necə fəaliyyət göstərə biləcəyini açıqladı

14:17 24.09.2020

Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı

14:05 24.09.2020

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

14:00 24.09.2020

Canlı efirdə aktrisaya evlilik təklifi edildi - VİDEO

13:58 24.09.2020

Mikayıl Cabbarov: “Gələn il vacib sərmayə qərarı üçün işlər yekunlaşacaq”

X Mostbet