Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.
Bu barədə şəhərin meri İqor Terexov bildirib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.
Bundan əlavə, zərbə nəticəsində altı uşaq xəsarət alıb.
\report