Xatırlayırıq, kədərlənirik və heç vaxt unutmayacağıq

Xatırlayırıq, kədərlənirik və heç vaxt unutmayacağıq
GƏNCLİK
13:50 21.01.2013
1677
Ukraynada təhsil alan azərbaycanlı tələbələr Vətəndən uzaqda olsalar da, xalqın qan yaddaşı olan 20 Yanvar faciəsini unutmurlar. 
AZXEBER.COM-un məlumatına görə, Ukraynanın Azərbaycanlı Gənclər birliyi Dnepropetrovsk vilayət təşkilatı, 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər. "Şəhidlərimizi yad etməyə gəlmək hər bir azərbaycanlının borcudur. Xatırlayırıq, kədərlənirik və heç vaxt unutmayacayıq!" şüarı altında reallaşan tədbir Dnepropetrovski administrasiyasının dəstəyi ilə Təhsil mərkəzində baş tutub.Tədbirdə həmçinin başqa millətlərinin nümayəndələri də iştrak edib. Ukrayna Azərbaycan Gənclər birliyi Dnepropetrovsk vilayətının təşkilatının sədri Elza Bəkirovanın təşəbbüsü ilə kecirlən tədbir şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Ukraynanın Dnepropetrovsk vilayətının administrasiyanın Ailə və Gənclərlə iş üzrə şobə rəisi Kovaleva Liliya Petrovna və baş inspektoru Zolotuxi Oleksandr Sergeyeviç çıxış edərək hər zaman Azərbaycan xalqını və Azərbaycan diasporasını dəstəklədiklərini bildirdilər.Ağsaqqallar Şurasının qatıldığı anım mərasimində Ukraynanın Dnepropetrovsk vilayətinin Şəhər Sovetinin deputatı Fəxrəddin Muxtarov öz çıxışı ilə gənclərmizə qanlı yanvar haqqında bildiyi məlumatları paylaştı. Ukrayna Azərbaycan Kongresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev isə gənclərmizə 20 Yanvar haqqında məlumat verdi.Azərbaycanın ümumxalq faciəsinə həsr olunmuş anım mərasimində başqa millətlərnin nümayəndələri də öz fikirlərini çıxışları ilə bildiriblər.Tədbirdə 20 Yanvardan bəhs edən video-çarx nümaiş olunub.
OXŞAR XƏBƏRLƏR