Onlardan birinə 1 milyon 300 min, birinə 1 milyon 600 min, digərinə isə 2 milyona yaxın vergi borcu gəlib.
Bu iddialarla bir qrup şəxs "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, şikayətçilərin adından danışan Orxan Qarayevin dediyinə görə, çalışdıqları şirkət rəhbəri olan Emil İbadov tərəfindən onlara "Asan İmza" açdırılması bildirilib. Elə olanlar da bundan sonra baş verib.
Vətəndaşlar məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara yazılı müraciət etdiklərini bildirdilər.
Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.
Həmçinin qeyd olunur ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.











































