Xədicə İsmayıl müsavatçı gənc haqda: 'Qəşəng oğlandır'

SİYASƏT
15:20 31.07.2013
2974

Müsavat Gənclər Təşkilatının əsasnaməsinə uyğun olaraq yaşı 29-u ötmüş şəxs təşkilatın üzvü ola bilməz. Bu əsasnaməyə uyğun olaraq hazırda Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı yaşının 29-u ötməsinə görə rəhbərlikdən gedir.

Təşkilat Komitəsinin avqustun 25-ə təşkil etdiyi konfransda Müsavat Gənclər Təşkilatına yeni sədr seçiləcək. Hazırda sədrliyə iki iddiaçı var. MGT sədrinin humanitar məsələlər üzrə müavini Rauf Məmmədli və siyasi məsələlər üzrə sədr müavini Cavid Hacıbəyli.
Hazırki sədr Tural Abbaslı "Yeni Müsavat"a gözlənilən dəyişiklik və konfransla bağlı danışıb. O, heç bir namizədin adını açıqlayıb, onları təbliğ etmək istəmədiyini bildirdi: “Avqustun 25- i konfransdır. Çalışacağıq ki, konfrans bir çox partiyaların qurultayından daha möhtəşəm olsun. Mənim üçün namizədlərin hansının seçilməsinin heç bir fərqi yoxdur. Seçiləcək namizədin cəmiyyət üçün, partiya üçün , Gənclər Təşkilatı üçün xeyirli olacağına inanıram. GT-də olan bütün gənclər buna layiqdir".
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Müsavat Gənclər Təşkilatının yeni sədri Rauf Məmmədli olacaq. Artıq bununla bağlı sosial şəbəkələrdə də təbliğat işlərinə başlanılıb. Mənbənin dediyinə görə, hazırki sədr də Rauf Məmmədlinin namizədliyini dəstəkləyir. Cavid Hacıbəyli isə böyük ehtimalla yeni sədrin müavini olacaq. 
Tanınmış jurnalist Xədicə İsmayıl isə yeni sədr olunacağı gözlənilən Rauf Məmmədli haqda "facebook" sosial şəbəkəsində maraqlı şərh yazıb. O müsavatçı gənci tənqid edib: "Qəşəng oğlandır. Bu günlərdə mənə də məsləhət gördü ki, İsa Qəmbərə tənqidi suallar verməkdənsə, gedim hökumətin mənə haqlı olaraq kəsdiyi cəzanı yerinə yetirim - süpürüm. Təəssüf ki, bu məsləhətini görməyimi əngəlləmişdi. Yoxsa hökmən təşəkkür edərdim. Yenə də cavab vermək fikrim yox idi. Sadəcə təşəkkür edəcəkdim məsləhətinizə görə. Məhkəmə icraçılarına da təşəkkür elədim. Yaxşı ki, YAP da, Müsavat da ölkədə təmizliyin qeydinə birgə qalırlar. Milli birlik buna deyilir yəqin. Biz süpürərik, təki milli birlik olsun".
Xatırladaq ki, seçkilər ayın 25-i baş tutacaq. AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR