Xədicə İsmayılovanın məhkəməsi keçirilir

Xədicə İsmayılovanın məhkəməsi keçirilir
Bütün Xəbərlər
16:28 18.08.2015
868
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq Radiosunun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.ANS PRESS-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova yenidən məhkəmə kollegiyasının dəyişdirilməsi haqqında vəsatət qaldırıb. O, kollegiya üzvlərinin onun istəklərinə qeyri-ciddi yanaşdıqlarını bildirib. Amma məhkəmə jurnalistin vəsatətinin əsassız olduğunu və məhkəmə kollegiyasının dəyişdirilməsini məqsədəuyğun hesab etməyib. Beləliklə, Xədicə İsmayılovanın qaldırdığı vəsatət rədd edilib.Daha sonra o, məhkəmədə müdafiə olunmaq üçün vaxt istəyib. Xədicə İsmayılova Azadlıq Radiosunun maliyyə sənədlərinin dəlil kimi istifadə olunmasını tələb edib. O, jurnalistlər Elçin Zahiroğlu və Ramal Hüseynovun da məhkəmədə şahid qismində itşirak etmələrini istəyib.Məhkəmə bu vəsatəti də rədd edib. Ramella Allahverdiyeva qeyd edib ki, prosesdə kifayət qədər şahid var və yenilərinə ehtiyac yoxdur. Dövlət ittihamçısı Ramazan Hadıyev də bildirib ki, Xədicə İsmayılovanın günahını sübut etmək üçün lazımi qədər dəlil var.Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.
OXŞAR XƏBƏRLƏR