Xəqani Məmmədovun tərbiyəsizliyinin arxasında nə dayanır? - KÖŞƏ

Xəqani Məmmədovun tərbiyəsizliyinin arxasında nə dayanır? - KÖŞƏ
KÖŞƏ
13:38 26.06.2012
2535
 Elçin CƏLİLOV Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun iki gün əvvəl verdiyi müsahibədə dediyi "Oğlumun daş....na kimi" ifadəsi əslində ŞOK deyil. AFFA rəsmilərinin çətin və cavab verməyə "göz" tələb edən sualların qarşısında çox vaxt belə "xoruzlar buraxdığı" bizə də, sizə də çoxdan məlumdu. Ali fit ustasının müsahibədə dediyi bu ziyalı və dərrakəli fikri olduğu kimi dərc etdiyinə görə həmkarlarımıza təşəkkür düşür. Belə olmalıdı, adam ağzının danışığını bilmirsə, müsahibəsini "ütüləməyə" dəyməz.Savadsız və müftə yeməyə öyrəşmiş AFFA rəsmiləri vərdiş ediblər beş-üç manata "qarşılıqlı anlaşma şəraitində" müsahibə verməyə. Ya da ki, "Əəə sən qardaşsan" deyib, planda olan sualları plandan salmağa. Ona görə kimsə ortaya çıxıb sərt sual verəndə ağızdan cavab çıxmır, horra tökülür...Bizdə jurnalistin futbol adamıyla yaxınlıq eləməsinin belə fəsadları da var.Fəsad var, aradan qaldırmaq mümkündü, fəsad da var, heç ətrafı bulaşdırmağının qarşısını almaq mümkün deyil. Məsələn, Xaqani Məmmədov AFFA-nın belə rəsmilərindəndi. Bugünkü mövzumuz o olduğuna görə, fəsadi-xaqaneyidən söhbət açacağıq.Gənc və perspektivli hakim Əliyar Ağayevin HK-nin mütəxəssisi təyin olunması bir tərəfdən pozitiv qarşılana bilər. Ancaq yalnız bir tərəfdən pozitivdi, on bir tərəfdən anormal addımdı. Söhbət Əliyardan getmir, ümumiyyətlə, gənc hakimin mütəxəssis təyin olunması bütün tələb və standartları təhqir eləməkdi.Təcrübəli və FIFA dərəcəsi almış hakimlərçün cəmi birillik Premyer Liqa təcrübəsi olan Əliyarın mütəxəssislik eləməyini kim doğru addım sayar - bir Xaqani Məmmədov, bir də onun de-fakto vəkili Elçin Məmmədov. Həmkarımız Şahin Oğuz da elə bunları fikrində tutub, adama sual verib ki, əgər FIFA dərəcəli hakimlər sizin bu təyinatınıza etiraz etsələr, necə olacaq... Xaqani Məmmədov da deyib: "Belə oğlumun daş....na ki etiraz eləsinlər". Əla, əntiqə... Bərəkallah...Məmmədov, sizdə günah yoxdu, sizin qabınızda olan budu, sizlik nə var ki... Günah Rövnəq Abdullayevdədi ki, sizin kimi "parabeyini" hələ də küçəyə tullamayıb. Durub-oturub peşəkarlıqdan danışırsız, izah edin görək, sədr öz tabeliyində olan hakimlər haqda "Oğlumun daş...na kimi" ifadəsini işlədər? Ümumiyyətlə, özünü ciddi qurum sayan yerdə rəsmi şəxs hakimlik qalsın bir yana, insanlar haqda bu cür reaksiya verər? Onda o kollektivdə hansı nizam-intizamdan danışacaqsız, hansı səmimiyyət və nə bilim nədən danışacaqsız. Siz HK-ni illərdi belə idarə edirdiz? Çempionatda hakim döyülür, təhqir olunur, ən çox müzakirə mövzusu hakimlikdi - niyə, heç bilirsiz? Çünki onların sizin kimi zərərli rəhbəri var. Meydanda döyülən hakim, hər turda təhqir olunan hakim öz arxasında rəhbər dayağı hiss etmirsə, o yerdə FİT də yiyəsini tanımaz, İT də. Fitinizə sahib çıxın, möhtərəm AFFA rəhbərliyi.P.S.Bu gün jurnalistin sualına o cür cavab verən şəxs sabah Qurana da and içər ki, təmiz hakim olub. Təmizlik demişkən, Məmmədov suallardan bezib, arada deyib ki, "Sən "zakaznoy" suallar verirsən". Bu, Babək Quliyev haqda verilən sualların cavabında deyilib. Jurnalist soruşur ki, Quliyevi cəzalandırmısız, ancaq qeyri-müəyyən müddətə... Açıqlayın, bilək, cəzanın müddəti nədi, qeyri-meəyyən müddət olmur...Məmmədov əvvəlcə deyib ki, qeyri-müəyyəndi də, nə var ki bunda, sonra baxıb ki, yenə "xoruz" buraxdı, düşüb yazarın üstünə ki, sən bu sualları kimdənsə "zakaz" almısan.Dünyanın işinə bax, qatarda "zakaz" alan və bunu sonradan izahatında təsdiq etməyə məcbur qalan, bir fitinə görə Azərbaycanı iki il futbolsuz qoyan, "zakaz" qəbul eləmək üzrə Azərbaycan rekordçusu Xaqani Məmmədov jurnalistə "zakaznoy" deyir; özü də komitə rəhbəridi hələ də...Yaxşı deyiblər, Xaqani baxar güzgüyə, adını qoyaq özgəyə... Daha sözüm yoxdu, buna söz çatdırmaq olar?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub