Xərçəng əsrimizin ən bəlalı xəstəliklərindən biridir. Ondan heç kim sığortalanmayıb. Ancaq müəyyən vasitələrlə - sağlam həyat tərzi, hərəkətlilik, sağlam qida və sairə ilə ondan qorunmaq mümkündür.
Uzun illər ərzində aparılan araşdırmalar təbii meyvə və tərəvəzin xərçəngdən qorumaqda əhəmiyyətli rol oynadığını üzə çıxarıb. Onların tərkibindəki vitamin və minerallar xəstə hüceyrələrin yaranmasına mane olur, maddələr mübadiləsi, qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir.
Qeyd edilən məhsullar ağciyər, süd vəzi, bağırsaq, prostat kimi xərçəng növləri ilə mübarizədə effetktivdirlər.
Bəs xəstəlikdən qoruyan meyvə tərəvəz hansılardır?
Quşburnu, kivi, qırmızı bibər, pomidor, yer kökü, ərik, albalı, fındıq, qoz, paxlalılar,gilas, moruq, gavalı, üzüm, alma, şaftalı, noxud, lobya, yaşıl çay, sarımsaq, turp, zeytunyağı.(anspress.com)