Xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuranın yeni - FOTOSU

Xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuranın yeni - FOTOSU
Bütün Xəbərlər
12:30 17.04.2014
2193
Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı teleaparıcı Hacı Nuranın yeni fotosu yayılıb.
AZXEBER.COM xəbər verir ki, uzun müddətdir üzləşdiyi xəstəlik üzündən Almaniyada müalicə olunan aparıcı facebook sosial şəbəkəsində yeni fotosunu paylaşıb və ona dəstək olanlara təşəkkürünü bildirərək bu sözləri yazıb:
“Mənə həmişə elə gəlir ki, ən isti varlıq Günəşdir. Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi zəif görünür, həqiqi dost istisindən yanmaq olmur. Xəstə olduğum gündən mənə və neçə-neçə ağır xəstələrin əməliyyatlarına maddi-mənəvi kömək olan uşaqlıq dostum Haci Nazim Fərzəliyevə təşəkkür edirəm. Yaxşı ki, varsan. Ziyarətimə gəlişinlə də məni sevindirdin, ALLAH da səni sevindirsin. Mənə dəstək olan hər kəsə minnətdaram”.
OXŞAR XƏBƏRLƏR