Xərçəng xəstəliyindən qurtulması üçün 6 orqanını dəyişdilər

SAĞLAMLIQ
15:00 03.02.2012
3035

Doqquz yaşlı Alanna Şevenell onun əsas altı orqanını zədələyən xərçəngin nadir formasından əziyyət çəkir.

 Trend-in məlumatına görə. Bu barədə "The Daily Mail" qəzeti yazır. Məlum olub ki, şiş çox sürətlə böyüyərək ürəyə yaxınlaşır və qida borusuna təzyiqi artırır. Buna görə də qız qidalana bilmir.

Nə kimya terapiyası, nə də standart cərrahiyyə əməliyyatı şişdən xilas olmağa kömək etməyib. Köməyə orqanların transplantasiyası gəlib. ABŞ-ın Boston Uşaq Hospitalının əməkdaşları xəstəliyin qarşısını almaq üçün uşağa dərhal altı orqan köçürməli olublar. Hazırda qız özünü normal hiss edir. O, hazırda yemək yeyir və reabilitasiyanı evdə keçirir.

Alanna öz orqanlarını miofibroblastoma nəticəsində itirib. Uşağa qida borusu, mədə, dalaq, mədəaltı vəzi və nazik bağırsaq köçürülüb. Həkimlərin sözlərinə görə, bu, qida borusunun transplantasiyası üzrə dünyada və ABŞ-ın şimal-şərgində yerləşən Yeni İngiltərə regionunda bir adama bu qədər sayda orqanın köçürüldüyü ilk əməliyyatdır. Əməliyyat 14,5 saat davam edib. Bu vaxtın üçdə ikisini həkimlər orqanlarda qalan şişin "təmizlənməsi"nə sərf ediblər.

Tibb işçiləri uşağın xərçəngdən həmişəlik xilas olduğuna əmin deyillər. Ola bilsin ki, orqanizmdə hansısa xərçəng hüceyrələri qalıb. Həmçinin, qızın ömrünün sonuna dərman qəbul etməlidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb