Xərçənglə bağlı ölümlər birinci yerdədir

SAĞLAMLIQ
09:00 05.02.2024
513

Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı açıqlama verən Tənəffüs Araşdırmaları Dərnəyi (TÜSAD) 2020-ci ildə dünyada 19 milyon 292 min insana xərçəng diaqnozu qoyulduğunu, 9 milyon 958 min insanın isə xərçəng səbəbiylə həyatını itirdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, TÜSAD İdarə heyəti və Ağciyər Xərçəngi İş Qrupu İdarə heyətinin üzvü Özgür Batum 2020-ci ildə dünyada qoyulan cəmi 19 milyon 292 min xərçəng diaqnozunun təxminən 2 milyon 200 mini ağciyər xərçəngi olduğunu ifadə edərək, bu xəstəliyin xərçəngə bağlı ölümlər arasında birinci yerdə olduğunu vurğulayıb.

O, siqaret çəkənlərdə ağciyər xərçəngi riskinin çəkməyənlərə nisbətən 15-30 qat daha çox olduğunu ifadə edib.

Ağciyər xərçənginin müalicəsi xəstəliyin mərhələsindən, xəstəliyin növündən asılı olaraq dəyişə bilər. 

Gülay

OXŞAR XƏBƏRLƏR