Xəstə xəstəxanada xərəkdən yıxılaraq dünyasını dəyişdi

Xəstə xəstəxanada xərəkdən yıxılaraq dünyasını dəyişdi
DÜNYA
19:10 25.03.2024
170

Ankarada xəstəxanalardan birinin daxili xəstəliklər poliklinikasına yerləşdirilən Məhərrəm D xəstə baxıcılarının müşayiəti ilə xərəkdə göz müayinəsinə aparılıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Məhərrəm D-ni müşayiət edən baxıcılar Bayram S, İsa K və tibb bacısı Satı T xərəyin tənzimləmələri ilə oynayarkən xəstə xərəkdən yıxılıb. 

Təcili yardım qrupu yerə yıxılan Muharrem D-nin beyninə qan sızdığını müəyyən ediblər. 

Reanimasiya şöbəsinə yerləşdirilən xəstə həkimlərin bütün müdaxilələrinə baxmayaraq 5 günlük həyat mübarizəsindən sonra həyatını itirib. 

Məhərrəm D-nin ölümü ilə bağlı "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" cinayəti ilə baxıcılar və tibb bacısı barəsində istintaq başladılıb.

Gülay

OXŞAR XƏBƏRLƏR