Xəstəxanada dəhşət: - Yeni doğulmuş körpə meyiti tapıldı

Xəstəxanada dəhşət: -  Yeni doğulmuş körpə meyiti tapıldı
Bütün Xəbərlər
14:20 19.04.2014
990
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər.
Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR