Tanınmış müğənni Nura Suri yenə də Xətai Rayon qaz idarəsindən şikayət edib. O bu haqda şəxsi "facebook" səhifəsində yayıb: “Xətai rayon Qaz idarəsi öz ənənəsinə sadiq qalaraq bu həftə 2-ci dəfədir ki, qazı kəsir. ( Səhərdən axşama kimi). Yenə qaz yoxdur! Camaatı bilərəkdən narazı edirlər. Səbəblərin də yalnız özləri bilir. Ayda 2-3 dəfə qaz kəsilir. (Guya qəza olur)... Həm hökümətin pulunu yemək üçün bəhanə, həm də insanlar narazı etmək... Söz tapa bilmirəm!”Qeyd edək ki, Nura bundan öncə də dəfələrlə qaz idarəsindən şikayət etmişdi. Görünən odur ki, Xətai rayon qaz idarəsi sakinləri narazı salmaq üçün hər şey edir və problemi aradan qaldırmır.