Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanıldı

Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanıldı
SOSİAL
14:31 26.01.2026
405
Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar.
 
Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. 
   
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR