"Xətai" stansiyasında eskalator dayandı: Sıxlıq yarandı

SOSİAL
20:42 03.01.2025
271
Bakı Metropoliteninin "Xətai" stansiyasında sıxlıq yaranıb.

AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, texniki nasazlıq səbəbindən eskalatorun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu isə sərnişinlərin rahat hərəkətinə maneə yaradıb və stansiyada sıxlıq yaranmasına səbəb olub.

Hazırda eskalatorun yenidən işə salınması və sərnişin axınının tənzimlənməsi üçün tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR