Xətaidə yerləşən 5 evin uçma təhlükəsi yaranıb - VİDEO

Xətaidə yerləşən 5 evin uçma təhlükəsi yaranıb - VİDEO
SOSİAL
21:40 20.06.2026
906
Bakıda evlərdə yaranan iri çatlar sakinləri öz mənzillərini tərk etməyə məcbur edib.

AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsindən gedir.

Bir müddət əvvəl sözügedən küçədə yağış kollektorlarında yaranmış nasazlıq səbəbi ilə həmin küçədə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni müasir kollektorun tikintisinə başlanıb. Sakinlərin sözlərinə görə, ərazidə kollektor tikintisi işlərinə başlanandan sonra bir neçə fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb. Onlar iddia edirlər ki, aparılan qazıntı və tikinti işləri nəticəsində evlərin divarlarında ciddi çatlar əmələ gəlib.

Evlərin təhlükəli vəziyyətə düşdüyünü deyən sakinlər bildirirlər ki, aidiyyəti qurumlar tərəfindən bəzi ailələr müvəqqəti olaraq kirayə mənzillərə köçürülüb.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyyatları Agentliyindən bildirildi ki, kollektorun üzərində və mühafizə zonasında tikilən evlər səbəbindən infrastrukturda qəza yaşanıb. Hazırda qəzalı vəziyyətdə olan kollektorun yenisi ilə əvəzlənməsi işləri aparılır. Ərazidəki bir neçə sakinə 2 aylıq kirayə pulu verilib, onlara əşyalarını daşımaları üçün də əlavə məbləğ ödənilib.

Prosesdən bir ay keçib. Növbəti ay da tamam olandan sonra müvafiq qərar veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
10:13 26.09.2026
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı