Xəyalla başlayan hekayə: AZAL uşaqlar üçün kitab nəşr edib - FOTOLAR

Xəyalla başlayan hekayə: AZAL uşaqlar üçün kitab nəşr edib - FOTOLAR
İQTİSADİYYAT
10:40 08.12.2025
1459
 AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) balaca sərnişinləri üçün daha bir xoş yenilik təqdim edir. Belə ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici "Arzulardakı mavi təyyarə” ("Blue Plane Dreams”) kitabı nəşr olunub.

Kitab AZAL-ın sifarişi ilə "TEAS Press” Nəşriyyat Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib. Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.

Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.

Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir.

Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi Murad modeli yığmaqda ona kömək edir. Kitabda həmçinin təyyarələrin necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki, təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan ilhamlanaraq hazırlanıb.

Azər üçün həmin il xüsusi əhəmiyyət daşıyır: o, çox istədiyi hədiyyəni almaqla yanaşı, ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq arzusunu daha da möhkəmləndirir.

"Arzulardakı mavi təyyarə” layihəsi AZAL-ın uşaqlar arasında aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib hissəsidir.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur