"Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür" - Minadan iddialı açıqlama

"Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür" - Minadan iddialı açıqlama
MAQAZİN
10:46 22.12.2025
282
"Özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn deyib.
 
Mina uğursuz olan ilk evliliyindən və xəyanətdən danışıb:
 
"Bilmirəm, çox xanım necə düşünür amma mənə görə, şəxsi həyat özü də bir sənətdir. Qismətim necə olacaq gələn il, hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır.
 
Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər". 
 
Mina illərlə sənət yolunda ona qarşı olunan haqsızlıqlardan da söz açıb:

"Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Əsasən, mahiyyət, səs - küy, keyfiyyət. 
Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur.
 
Etiraf edim ki, zaman-zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı duran hər maneə, əksinə, mənə daha güclü olmaq üçün səbəb verdi bu illər ərzində". 
 
Aysel

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb