“Xeyr deməyin, xeyir eləyin!” adlı sərgi - FOTO

“Xeyr deməyin, xeyir eləyin!” adlı sərgi - FOTO
Bütün Xəbərlər
18:52 18.12.2015
1303
31 dekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətiləAzərbaycan Xalça Muzeyində“Xeyr deməyin, xeyir eləyin!”adlı xeyriyyə aksiyası keçiriləcək. 
Akisyanın açılışı dekabrın 18-də saat 18:00-dabaş tutacaq. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.
Xeyriyyə aksiyasında “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovadan olan əslən Qaqauz türkü Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın  satışı həyata keçiriləcək. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar hazırlayıb.
Muzeyin direktoru Tağıyeva Röya sərginin keçirilməsində əsas məqsədin uşaqları sevindirmək, onlarda bayram əhval- rühiyyəsi yaratmaqla yanaşı, satışdan əldə olunan vəsaitin Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürülməsi olduğunu bildirib. 
Sərgi – aksiya 19 və 20 dekabr 2015-ci il tarixlərinədək saat 10:00-dan 20:00-dək davam edəcək.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR