Xəzər daha bir gəncin canını aldı

Xəzər daha bir gəncin canını aldı
Bütün Xəbərlər
23:22 14.08.2014
1563
22 yaşlı gəncin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verlib.
Xəzər dənizində 1 nəfər batıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Fətəliyev Xəzər Polad oğlu Seyidli sularda xilasetmə postundan (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sağda nəzarətsiz ərazidə) batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
X.Fətəliyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:00-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR