Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi"ndə oğurluq olub.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən 143 kiloqram mis naqil oğurlamış orada sürücü işləyən Bakı şəhər sakini Xanlar Əzizov tutulub.
Qeyd edək ki, “Xəzər Dəniz Gəmiçiliyi"nin sədri Rauf Vəliyevdir.