"Xəzər-Lənkəran" itirə-itirə gedir

"Xəzər-Lənkəran" itirə-itirə gedir
İDMAN
10:15 26.11.2011
1730
Futbol üzrə Unibank Premyer Liqasının XIV turunun oyunlarına noyabrın 25-də keçirilmiş 3 oyunla start verilib.


Ilk oyun günündə meydan sahibləri qələbəyə həsrət qalıblar. 

Lakin qonaqlardan yalnız “Xəzər Lənkəran” üçün nəticə əlverişsiz olub. Lider Zaqatalada “Simurq”la qarşılaşmanın ilk yarısında 2:0 hesabı ilə önə keçsə də, fasilədən sonra üstünlüyünü qoruya bilməyib. Lənkəran komandasının ilk qolunun müəllifi Katalin Doman qırmızı vərəqə alarkən, 1:2 hesabı ilə geridə olan meydan sahibləri tezliklə bərabərlik qolunu da vurublar. Ardıcıl 3-cü matçında qələbəyə həsrət qalan “Xəzər Lənkəran” liderliyini qorusa da, noyabrın 26-da “Neftçi” və ya “İnter”in qələbələri təqdirində mövqeyini itirə bilər. 

Ötən tur əsas futbolçuları və baş məşqçi Əsgər Abdullayev olmadan “Bakı”ya 0:5 hesabı ilə uduzmuş “Turan” bu dəfə Gəncədə yeni baş məşqçi Mirbağır İsayevin rəhbərliyi altında ilk oyununa çıxan “Kəpəz”dən xal almağı bacarıb. Tovuz klubu bərabərlik qolunu son dəqiqədə vurub. 

Qalib gələn yeganə komanda isə “Rəvan” olub. Paytaxt klubu Sumqayıt şəhərində eyniadlı komandanı minimal hesabla yenib. 

25 noyabr (cümə) 

“Kəpəz” (Gəncə) – “Turan” (Tovuz) – 1:1
Qollar: Junivan Suares, 25 - Seymur Tağıyev, 90

“Sumqayıt Şəhər” – “Rəvan” (Bakı) – 0:1
Qol: Şeriff Suma, 18 

“Simurq” (Zaqatala) – “Xəzər Lənkəran” – 2:2
Qollar: Robertas Poşkus, 66. Rasim Ramaldanov, 82 - Katalin Doman, 22. Antonio Semedo, 42
Qırmızı vərəqə: Katalin Doman, 80 (“Xəzər Lənkəran”)

26 noyabr (şənbə) 

18:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndələri: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev 
“Şəfa” stadionu. 

14:00. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov
AFFA nümayəndələri: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağdam, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 

13:30. “Bakı” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndələri: Oqtay Abdullayev
Hakim-inspektor: Kərim Ağayev 
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb