“Xəzər Lənkəran” futbol klubu üç futbolçusunu transferə çıxarıb. Bu haqda qərar klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub. Klubdan verilən məlumata görə, transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdir. Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacağı gözlənilir.