‘Xəzər’ TV-dən Fətullah Gülənlə bağlı - AÇIQLAMA

SİYASƏT
00:19 10.03.2014
2361

“Xəzər” televiziyasının hüquqşünası Pərviz Məmmədov mətbuatda yayılmış Fətullah Gülənə yazılan məktubla bağlı açıqlama verib.

AZXEBER.COMXəzər televiziyasının yayımladığı həmin bəyanatı olduğu kimi təqdim edir:

07. 03. 2014-cü il tarixində bir neçə xəbər saytından “Xəzər” televiziyasının Baş direktoru Hüseyin Dinləməzin adından Faruk Mərcan adlı şəxsə ünvanlanmış məktub dərc olunub. “Xəzər” televiziyası olaraq rəsmi şəkildə bəyan edirik ki, bu məktub və orada qeyd olunmuş məlumatlar həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Xüsusilə də orada “Xəzər” televiziyasının Baş direktoru Hüseyin Dinləməzin adından qoyulmuş imza saxtadır və məktubda qeyd edilmiş Faruk Mərcan adlı şəxslə hər hansı bir münasibəti yoxdur.

“Xəzər” televiziyasının təsisçisi bəllidir. Həmçinin televiziyanın Baş direktoru Hüseyin Dinləməzin və onun rəhbərliyi altında olan peşəkar kollektivin kim olduğu hər kəsə məlumdur. Bu jurnalistlər kollektivi dost və qardaş olan Türkiyə Cümhuriyyətindən əməkdaşlıq sazişinin nəticəsində Azərbaycana dəvət olunublar və öz təcrübələrini bölüşürlər. Bu jurnalistlər digər şirkətlərdə çalışan əcnəbi vətəndaşlar kimi qanuni əsaslarla burada fəaliyyət göstərirlər.

Azərbaycan teleradio məkanının inkişaf etdirilməsində paya sahib olan “Xəzər” televiziyası və onun Baş direktoru barədə bu cür böhtan xarakterli məlumatlar Türkiyədən və daxildən onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən müəyyən şəxslərin əməlidir. Onu da qeyd edək ki Xəzər TV və ANS TV arasında dostluq və qardaşlıq münasibətləri var və bu münasibəti kimsə poza bilməz.

OXŞAR XƏBƏRLƏR