Xəzər Universitetində fəlsəfi-psixoloji seminarlar silsiləsinə start verilir

GƏNCLİK
15:25 24.09.2013
2322
Xəzər Universitetində fəlsəfi -psixoloji seminarlar silsiləsinə start verilir.
AZXEBER.COM xəbər verir ki, ilk tədbir sentyabr ayının 27-də saat 15:00-da Xəzər Universitetinin Neftçilər korpusunun Mərmər zalında olacaq. Mühazirəçi fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Müşfiq Şükürovdur. 
Mövzu "Uzaq şərq fəlsəfəsindən bilmədiklərimiz" adlanır. 
Seminarlar silsiləsi Xəzər Universitetinin Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsidir. Maraqlananlar seminarda iştirak edə bilərlər.
Daha ətraflı məlumat burada: https://www.facebook.com/felsefipsixoloji

OXŞAR XƏBƏRLƏR