Xəzər Universitetində tələbələrə karyera seminarı keçiriləcək

GƏNCLİK
12:35 24.10.2011
1846
Akademi Təhsil Mərkəzi gənclərə uğurlu karyera qurmaqda dəstək olmaq məqsədilə "Akademi karyera seminarı" layihəsinə start verir. İlk seminar 26 oktyabrda Xəzər Universitetində olacaq.Məruzəçilər Day.Az Media Şirkətinin direktor müavini Sevda Həmidova, televiziyadakı fəaliyyəti ilə yanaşı, uğurlu biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və "Modern Marketing Group" Şirkətinin təsisçisi, Marketing Academy layihəsinin rəhbəri Yusif Vəliyevdir.Seminarın adıçəkilən qonaqları, gənc olmalarına baxmayaraq, jurnalistikada, televiziya sektorunda, biznes və başqa fəaliyyət sahələrində uzun illərin təcrübəsinə sahib, peşəkar şəkildə karyeralarını qurmuş şəxslərdir. Məruzəçilər uğurlu biznes və karyera qurulmasına dair fikir və təcrübələrini tələbələrlə bölüşəcəklər.Xəzər Universitetinin bütün tələbələri tədbirdə iştiraka dəvət edilirlər. Görüş 26 oktyabr saat 12:00-da Xəzər Universitetinin konfrans zalında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR