Xəzər Universitetinin ən istedadlısı seçiləcək - VİDEO
GƏNCLİK
16:45 20.12.2012
2251
Sabah (21 dekabr 2012) saat 19:00-da Xəzər Universitetinin mərkəzi binasının zalında “Khazar University's Got Talent” adlı müsabiqənin final mərhələsi keçiriləcək. Bu haqda AZXEBER.COM-a İnsan Resursları Departamentinin direktoru Ülkər İsayeva məlumat verib. Onun dediyinə görə, universitetin rektoru Hamlet İsaxanlı, xalq artistləri Yeganə Axundova, Natavan Şeyxova, şoumen Murad Dadaşov və repçi Miri Yusif istedadlara qiymət verəcək. Qeyd edək ki, iştirakçıların hər biri Xəzər Universitetinin tələbələri və universitetin nəzdində fəaliyyət göstərən "Dünya" məktəbinin şagirdləridir.